Rhodochori Tragana albalıları
Rhodochori albalıları (24 yanvar 1997-ci ildən tanınır) səciyyəvi əlaməti olaraq dərin qırmızı rəngə malikdir, onlar möhkəm və xüsusilə də dadlıdırlar. Bu çeşid son dərəcə elastik və bərkdir, uzun müddət qorunub saxlanıla bilər, və sistematik olaraq yetişdirilir. Rhodochori albalılar 1996-cı ildən bəri Mənşəyi Qorunan Ad (PDO) məhsulu kimi tanınır. Albalıların tərkibi bir neçə mineral duz, bitki lifləri və ellagik turşudan ibarətdir.
Onlar A, C, B vitaminləri, eləcə də kalium, kalsium, fosfor, dəmir, maqnezium və mislə zəngindir. Rhodochori Vermio dağlarının şimal yamaclarında yerləşir. Ərazinin hündürlüyü 300-800 m arasında
dəyişir. Torpaqları çox münbitdir, eləcə də üzvi maddələrlə zəngindir. Bu çeşid ərazinin mikroiqliminə uyğunlaşmış və özünəməxsus xüsusi xarakteristikalar qazanmışdır: ölçü, rəng, forma, təam və meyvələrinin möhkəmliyi.
Bu mikroiqlim bir sıra albalı çeşidinin inkişaf etməsinə təkan vermişdir. Həmin çeşidlər də öz növbəsində meyvələrinin ölçüsü və möhkəmliyi ilə seçilir. Məhz bütün bu xüsusiyyətlər “Rhodochori Tragana” albalıları adlı bir yerli çeşidin yaranması ilə nəticələnmişdir..