Zagora Pelion almaları
Zagora Pelion almaları 21 iyun 1996-cı ildən bəri Mənşəyi Qorunan Ad (PDO) məhsulu kimi tanınır. Onlar şirin dada malikdir, çox zəngindir, eyni zamanda büzücüdür və təravətlidir. Onların əla keyfiyyəti və şöhrəti, ümumilikdə qidalandırıcı xüsusiyyəti kimi önəmli səciyyəsi Zaqora almalarına yüksək tələbatı artırır.
Onlar çox böyük qidalandırıcı mənbəyə malikdir, tərkibindəki bitki lifləri və vitaminlər (A, B, C, E) sayəsində onlar antioksidant tərkibinə və metallara malikdir. Həmin almaların tərkibində nişasta, karoten, fosfor, kalium, limon turşusu, maqnezium və fermentlər vardır.
Onların becərildiyi, və hündürlüyü 300- dən 700 m-dək dəyişən zonanın xüsusi iqlim xarakteristikaları sayəsində xüsusi becərmə metodları tətbiq edilir və aqronomlar tərəfindən Kooperativin daimi yoxlanması nəticəsində Zaqora almalarının əla keyfiyyət tələblərinə cavab verməsi prosesi baş tutur.